Elektron Sağlamlıq Portalı
Bütün müayinələrinizi vahid portaldan idarə edin
30 gün ödənişsiz faydalanın
Necə işləyir?
qeyd edin
məlumatlarını daxil edin
qeydlərinizi əlavə edin
mobil telefonuna göndərin
Məqsədimiz
“Care” elektron sağlamlıq portalı peşəkar həkimlərlə birgə fəaliyyət nəticəsində, həkimlərin və pasiyentlərin həyatını asanlaşdırmaq məqsədi ilə yaradılmışdır.
Həkimlər Portal vasitəsi ilə öz pasiyentləri ilə görüş vaxtlarını idarə edə, pasiyentlərinin qeydiyyatını apara, müayinə nəticələrini və reseptləri dərhal pasiyentlər ilə bölüşə bilərlər. Xəstənin elektron şəxsi vərəqəsini yaradaraq istənilən zaman, istənilən yerdə əlçatan edə bilər.
Pasiyentlər isə mobil tətbiq vasitəsilə bütün müayinə nəticələrini və reseptlərini bir yerdən idarə edə bilər.
Məqsədimiz ənənəvi kağız üzərində aparılan əməliyyatları, elektron şəkildə daha əlçatan və muasir etməkdir. Kağız istifadəsini azaldaraq ətraf mühitə birgə töhfə verə bilərik.
Həkimlər üçün faydası
- Görüşlərin rahat idarə edilməsi
- Pasiyentlərin qeydə alınması
- Pasiyentin xəstəlik tarixçəsi barədə məlumatların əlçatanlığı
- Müayinə nəticələri və reseptlərin dərhal xəstəyə
göndərilməsi imkanı
Pasiyentlər üçün faydası
- Nəticələrin dərhal əldə edilməsi
- Bütün sənədlər bir platformada
- Müayinə nəticələrini və reseptləri bölüşmək imkanı
- Müayinə nəticələrinin daim əlçatan olması